Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti ölkəmizdə baş tutacaq daha bir əlamətdar hadisəyə dair poçt markaları buraxıb.
Nazirlikdən Trend-ə bildirblər ki, "Bakı-2015" Avropa Oyunları ilə bağlı bir neçə növdə poçt markası çap olunub.
Markaların üzərində müxtəlif idman növləri üzrə təsvirlər əks olunub.