...

I Avropa Oyunlarının mobil tətbiqi istifadəyə buraxılıb

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 11:17 (UTC +04:00)
Bakı 2015 Birinci avropa oyunlarının mobil tətbiqi istifadəyə buraxılıb.
I Avropa Oyunlarının mobil tətbiqi istifadəyə buraxılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Aygün Bədəlova/

Bakı 2015 Birinci Avropa Oyunlarının mobil tətbiqi istifadəyə buraxılıb.

Trend-in wmpoweruser.com saytına istinadən verdiyi məlumata görə, sözügedən tətbiqi "windows phone" əməliyyat sistemindən əldə etmək mümkündür. Sayt Baki 2015 mobil tətbiqi ilə bağlı yazır: "Avropa Avroviziya kimi qitə əhəmiyyətli daha bir hadisəyə - Birinci Avropa Oyunlarına şahid olacaq və böyük həvəslə bu Oyunların başlamasını gözləyir. Bu ərəfədə "windows phone" əməliyyat sistemimiz sizə bu tarixi hadisə ilə bağlı yeni mobil tətbiqi təqdim edir. Burada siz bütün Oyunların cədvəli, möhtəşəm idman hadisəsi ilə bağlı məlumatları öyrənə, eləcə də videolara baxa, atletlər və digər informasiyalara malik ola bilərsiniz".

Tətbiqdə Azərbaycanla bağlı məlumat da yer alıb. Məlumat tətbiqə keçid üçün barkodda yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti