Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində suya tullanma yarışları başlayıb.
Trend-in məlumatına görə, bu gün kişilər tramplindən (1 metr hündürlükdən) tullanma, qadınlar isə platformadan tullanma üzrə mübarizəyə başlayacaqlar.
Tpamlindən tullanmada Azərbaycanı Artyom Danilov, platformadan tullanmada isə Olqa Bıkovskya təmsil edəcək.