...

Albaniyalı idmançı dopinqə görə I Avropa Oyunlarından uzaqlaşdırıldı

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 12:20 (UTC +04:00)
Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb.
Albaniyalı idmançı dopinqə görə I Avropa Oyunlarından uzaqlaşdırıldı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Albaniyalı idmançı Recildo Zeneli "Bakı 2015" I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə I Avropa Oyunlarının saytında yayılan xəbərdə deyilir.

Albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb.

Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti