...

Azərbaycan idmançısı I Avropa Oyunlarında nəticəsindən razıdır

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 18:54 (UTC +04:00)
Azərbaycanın suya tullanma üzrə komandasının üzvü Olqa Bıkovskaya ümumilikdə I Avropa Oyunlarında nəticəsindən razıdır və rəqibləri ilə mübarizə aparmağa hazırdır.
Azərbaycan idmançısı I Avropa Oyunlarında nəticəsindən razıdır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın suya tullanma üzrə komandasının üzvü Olqa Bıkovskaya ümumilikdə I Avropa Oyunlarında nəticəsindən razıdır və rəqibləri ilə mübarizə aparmağa hazırdır.

O, Trend-ə bildirib ki, iyunun 21-də 3 metrlik tramplindən tullanma yarışlarında çıxış edəcək.

O.Bıkovskaya qeyd edib ki, yarışlara hazırlaşmaq üçün maksimum səy göstərir: "Çox vaxt məşqlər 4 saat vaxt aparır. Yarışlarda ən həyəcanlı an sonuncu tullanışdır ki, bu da idmançını medaldan ayırır".

İdmançımız əlavə edib ki, Avropa Oyunları yüksək səviyyədə təşkil edilib və könüllülər səylə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti