...

Azərbaycan üzgüçüsü Avropa Oyunlarında yüksək nəticə göstərmək istəyir

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 15:19 (UTC +04:00)
Azərbaycan idmançısı Anton Jeltyakov I Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının yarımfinal mərhələsində yüksək nəticə nümayiş etdirmək niyyətindədir.
Azərbaycan üzgüçüsü Avropa Oyunlarında yüksək nəticə göstərmək istəyir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan idmançısı Anton Jeltyakov I Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının yarımfinal mərhələsində yüksək nəticə nümayiş etdirmək niyyətindədir. Trend-in məlumatına əsasən, bu barədə idmançı jurnalistlərə müsahibəsində deyib.

O, yarımfinal mərhələsində nəticəsini yaxşılaşdıracağını düşünür: "Düşünürəm ki, yarışların günün hansı vaxtında keçirilməsindən çox şey asılıdır. Məsələn, səhərlər yalnız qızışa bilirsən. Axşam isitmə hərəkətlərindən sonra üzmək asan olur. Yüksək nəticə göstərməyə çalışacağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti