...

9 boksçumuz Avropa Oyunlarında qızıl medala doğru inamla irəliləyir (ƏLAVƏ OLUNUB-3)

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 21:56 (UTC +04:00)
Azərbaycan təmsilçilərindən bu gün ən sonda rinqə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxıb.
9 boksçumuz Avropa Oyunlarında qızıl medala doğru inamla irəliləyir (ƏLAVƏ OLUNUB-3)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 19:38-də yayılıb)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Boksçumuz Yelena Vıstropova Avropa Oyunlarında yarımfinala vəsiqə qazana bilmədi.

Trend xəbər verir ki, Kristal Zalda keçirilən boks yarışlarında Azərbaycanı yarım-orta (60-64 kq) çəki dərəcəsində təmsil edən Yelena Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rayan Sandi ilə qarşılaşıb.

İlk raundda daha üstün boks nümayiş etdirən Yelena ikinci raundda bundan fərqli olaraq rəqibinə uduzub. Dünya çempionatının gümüş medalçısı olan Sandi üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlüyünü qoruyub saxlaya bilib.

Sonuncu, dördüncü raundda da üstünlüyünü əldən verməyən britaniyalı boksçu qalib gələrək yarımfinala çıxıb.

X X X

Bu gün daha bir Azərbaycan idmançısı Avropa Oyunlarında boks yarışlarının yarımfinalına çıxıb.

Trend xəbər verir ki, Azərbaycanı birinci yarım-orta (64 kq) çəkidə təmsil edən Kuba əsilli Kollazo Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə münasibətlərə aydınlıq gətirib.

Kəşfiyyat xarakteri daşıyan ilk raundda rəqibindən azca üstün olmağı bacaran boksçumuz ikinci raundda bu üstünlüyünü daha da möhkəmləndirib. Uzun qolları və cəldliyi hesabına həlledici, üçüncü raundda da Rumıniya idmançısına daha çox zərbələr endirən Sotomayor döyüşdən qalib ayrılıb və yarışların yarımfinalına vəsiqə əldə edib.

Yarımfinalda təmsilçimizin rəqibi ukraynalı Viktor Petrov olacaq. Görüş iyunun 25-i saat 14:15-də başlayacaq.

X X X

Azərbaycanı yarım-orta çəki (69 kq) dərəcəsində təmsil edən Pərviz Bağırov bu gün 1/4 final mərhələsində almaniyalı boksçu Abass Barau ilə qarşılaşıb.

Gərgin keçən döyüşdə təmsilçimiz qələbə qazanaraq yarımfinala çıxıb.

Onun yarımfinaldakı rəqibi britaniyalı Coş Kelli olacaq. Görüş iyunun 26-sı saat 13?45-də baş tutacaq.

X X X

Azərbaycan təmsilçilərindən bu gün ən sonda rinqə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxıb.

Yarımfinala çıxmaq üçün o, Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırmağı bacarıb - 3:0.

Xatırladaq ki, bu gün çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova və kişi boksçumuz Albert Səlimov da rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.

Ötən gün isə 4 boksçumuz yarımfinala yüksəlməyi bacarmışdı: Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti