...

Cüdoçumuz medal uğrunda mübarizəni dayandırdı

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Ən ağır çəki dərəcəsində cüdoçumuz medal uğrunda mübarizəni dayandırdı.

Trend-in məlumatına görə, 100 kq-dan ağır çəki dərəcəsindəki kişi cüdoçumuz Uşangi Kokauri 1/8 final mərhələsində gürcüstan cüdoçusu Levani Matiaşvili ilə üzləşib.

Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz bir neçə də rəqibinə fənd tətbiq etməyə çalışsa da, alınmayıb. Əvəzində görüşün sonuna yaxın özü əks fəndə düşərək vaxtından əvvəl ipponla məğlub olub və mübarizəni erkən dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti