...

Avropa və Amerika aktyorlarını Azərbaycan filmində çəkilişlərə cəlb edəcəm – Jerar Depardye

Mədəniyyət Materials 14 Dekabr 2010 16:54 (UTC +04:00)
Aleksandr Dümanın Azərbaycana səyahəti haqqında filmdə çəkilmək üçün Jerar Depardye xaricdən bir sıra aktyorları cəlb etməyə hazırdır.
Avropa və Amerika aktyorlarını Azərbaycan filmində çəkilişlərə cəlb edəcəm – Jerar Depardye

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Hüseynzadə/

Aleksandr Dümanın Azərbaycana səyahəti haqqında filmdə çəkilmək üçün Jerar Depardye xaricdən bir sıra aktyorları cəlb etməyə hazırdır.

"Layihə hazır olan zaman mən Avropa və ABŞ-dan olan aktyorları filmin çəkilişinə cəlb etməyə hazıram", - Trend-in xəbər verdiyi kimi, bu barədə çərşənbə axşamı Depardye Dövlət Film Fondunda deyib.

Onun bu filmdə Düma rolunu ifa edəcəyi planlaşdırılır.

"Bu film dünyada, xüsusilə də Dümanın həyatının maraqlı olduğu Fransada Azərbaycanın yaxşı təbliğatı ola bilər", - Depardye deyib.

Aleksandr Düma XIX əsrdə Qarabağa səyahət edib və şairə, sonuncu Qarabağ xanının qızı Natəvan onu qonaq edib.

Onun sözlərinə görə, bu cür kino diplomatiyası yaxşı təbliğat vasitəsi ola bilər. "Hamıya məlumdur ki, İran haqqında çox az məlumat olan qapaılı dövlətdir, lakin bununla yanaşı, İran rejissorları dünyada mükafat alan gözəl filmlər çəkirlər və bu cür kino diplomatiyası İran Prezidenti Əhmədinejadın diplomatiyasından güclüdür", - Depardye deyib.

Jerar Depardye Bakıya IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib və bazar ertəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasından əvvəl çıxış edib. O, Prosper Merimenin "Karmen" novellasından seçilmiş parçalar oxuyub. Depardye həmçinin Düma haqqında film çəkilişləri, modernləşdirmə üzrə dövlət kinostudiyasının layihəsində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti