...

Azərbaycanlı pianoçu Murad Hüseynovun yeni mövsümdə çıxışları

Mədəniyyət Materials 8 Yanvar 2011 14:02 (UTC +04:00)
Bu ilə Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, həmçinin Fransanın dövlət təqaüdçüsü Murad Hüseynovun dünyanın müxtəlif ölkələrində bir sıra konsertləri planlaşdırılıb. Trend-in xəbər verdiyi kimi, pianoçu Qərbi və Şərqi Avropa ölkələrində konsertlər verəcək, Rusiyada da çıxışların olacağı ehtimalı var.
Azərbaycanlı pianoçu Murad Hüseynovun yeni mövsümdə çıxışları

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Bu ilə Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, həmçinin Fransanın dövlət təqaüdçüsü Murad Hüseynovun dünyanın müxtəlif ölkələrində bir sıra konsertləri planlaşdırılıb. Trend-in xəbər verdiyi kimi, pianoçu Qərbi və Şərqi Avropa ölkələrində konsertlər verəcək, Rusiyada da çıxışların olacağı ehtimalı var.

"Ötən il verə bilmədiyiim bir neçə konsert var və onları bu il keçirməyi planlaşdırıram", - Hüseynov deyib.

Bu il 200 illiyi qeyd olunacaq Ferens Listin musiqisi konsertlərdə Hüseynovun repertuarında xüsusi yer tutacaq.

"Ötən il hər yerdə yubileyi qeyd olunan Şopeni dəfələrlə ifa etmişəm, indi isə Listə böyük diqqət ayıracam, prinsipcə həmişə hər iki bəstəkarın musiqisini çox ifa etmişəm", - Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti