...

Xalq artisti İlhamə Quliyevanın mahnıları ilə nəfəs alan müğənni ailəsi (FOTO)

Mədəniyyət Materials 28 İyul 2011 18:07 (UTC +04:00)
Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyevanın 46 illik səhnə fəaliyyətinin hər anını izləyib örnək götürən müğənni ailəsini tanımaq yəqin ki, Siz oxuculara maraqlı olar.
Xalq artisti İlhamə Quliyevanın mahnıları ilə nəfəs alan müğənni ailəsi (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyevanın 46 illik səhnə fəaliyyətinin hər anını izləyib örnək götürən müğənni ailəsini tanımaq yəqin ki, Siz oxuculara maraqlı olar. Şou-biznesin gündəminə can atmasalar da, toylarda ən çox tələb olunan duet Təranə Qumralla Musa Musayevdir.

Təşkil olunan tədbirlərin birində Primadonnanı görər-görməz onunla şəkil çəkdirmək istədiklərini Trend-in əməkdaşından xahiş etdilər. Əyləşdiyi masadan cütlüyü mehribanlıqla qarşılayan xalq artistinin də sən demə Musayevlərə məxsusi simpatiyası var. "Çox gözəl, səhnədə bir-birilərini tamamlayan cütlükdür Təranə və Musa. Əmin ola bilərsiniz ki, onlar məni nə qədər çox sevirlərsə, ondan da artıq mən onların xətrini əziz tuturam. Uğurları davamlı olsun. Allah sevgilərini bəd nəzərlərdən qorusun", - İlhamə xanım belə dedi.

Ünvanlarına eşitdikləri xös sözlərdən əhvalları daha da yüksələn mehriban ailə başçıları da xalq artıstinə təşəkkür etməyi unutmadılar. Öncə Təranə Qumral danışdı. "İlhamə xanımın hər ifası öz-özlüyündə açıq dərsdir. Böyük sənətkarımızın estrada musiqisinə gətirdiyi yenilikləriindiki zamanda əksər müğənnilərin boğazlarında asanlıqla sezmək olar. Mən İlhamə xanımın ifaları ilə nəfəs alıram. Bizim üçün böyük fəxrdir ki, sevimli sənətkarımız ifamızla tanışdır və hər dəfə bizə dəstək olduğunu söyləyir. Allah onu həmişə var eləsin", - Qumral belə dedi.

Musa Musayev isə həyat yoldaşının sözlərinə qoşulub fikirlərini belə dilə gətirdi. "İlhamə xanım kimi sənətkarın qədrini bilməliyik. Yarım əsrlik səhnə təcrübəsi ilə hələ də fanatlarının sevimlisi kimi yaradıcılığı davam etdirmək heç kimə asan gəlməsin. Nə qədər ali mükafatlarla təltif olunsa da, yenə azdır İlhamə xanım üçün. Dəyərli sənətkarımıza tezliklə oğlu Orxanın toyunu etməyi arzulayırıq. Məlumdur ki, həmin gün toy məclisi sənətçilərin çoxluğu ilə festivala çevriləcək. İstəyimiz odur ki, həmin toyu biz idarə edək. Var olsun, İlhanə xanım, istəyimizə hörmətlə yanaşır. Allahdan ona uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Min yaşasın, inşallah", - Musayev əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti