Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Ş.Cavadsoy/
Best Model of the World-da dünya ikincisi olmuş azərbaycanlı model Günay Musayevanın, türkiyənin tanınmış aktyoru, "Yaprak dökümü" serialında Oğuz obrazını canlandıran Tolga Karellə gizli evlənməyi barəsində xəbərlər yalan çıxdı.
İstanbuldan telefonla Trend Life-a məlumat verən model, toyun olacağını anons etsə də hələ aktyorla rəsmi nigaha girmədiyini israrla söylədi. "Dul qadın deyiləm ki, hər kəsdən gizli ailə qurum. Bəli, elə Trend Life vasitəsilə birinci bəyan etmişdim ki, mən Tolganın evlilik təklifinə yox demişəm. Amma görürəm ki, o, həqiqəyən məni sevir. Hər şey Bolqarıstanda baş verdi.
Tolga Karel münsif kürsüsündə əyləşmişdi. Və mənə də səhnədən seyr edərkən aşıq olub. İlk əvvəl evlilik təklifinə müsbət cavab vermədim. Çünki qısa zamanda bu təklif real görünmürdü. Amma indi razılıq vermişəm. Şaiyələrin yayılması isə bizim natoriat kontoruna getməyimizdən sonra yayıldı. Bəzi sənədlər var idi onu təsdiqləməli idik. Azərbaycan vətəndaşı olduğum üçün mənim sənədlərim hələ gələn həftə Bakıdan gələcək. Başımız nigah hazırlıqlarına qarışıb. Nigahımız yaxın günlərdə olmalıdır. Toyumuz isə senytabrda olacaq" - Günay Musayeva belə deyib.
Model söz verdi ki, şəxsi həyatında baş verəcək bütün xoş dəyişiklikləri eksklüziv olaraq Trend Life oxucuları ilə bölüşməkdə davam edəcək.