...

"Eurovision 2012" müsabiqəsi ilə bağlı ikinci kastinqlər keçiriləcək

Mədəniyyət Materials 12 Yanvar 2012 18:34 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupu Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçirəcək.
"Eurovision 2012" müsabiqəsi ilə bağlı ikinci kastinqlər keçiriləcək

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupu Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçirəcək. Trend-in məlumatına görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.

Yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak etmişdi. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-dakı seçimlərə gələn şəxslər fevralın 4-dəki kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevralın 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar videoçəkilişə dəvət olunacaq.

Kastinqin keçirilməsində məqsəd "Eurovision 2012" mahnı müsabiqəsinin tanıtım videoçarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti