...

İşlər bu sürətlə aparılsa, may ayında bizi gözəl şou gözləyir - "Eurovision" rəhbəri

Mədəniyyət Materials 20 Mart 2012 15:38 (UTC +04:00)
Hazırda Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı çox gərgin iş gedir.
İşlər bu sürətlə aparılsa, may ayında bizi gözəl şou gözləyir - "Eurovision" rəhbəri

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/

Hazırda Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı çox gərgin iş gedir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib.

Onun sözlərinə görə, müsabiqənin keçiriləcəyi may ayına qədər hələ bir çox işlər görülməlidir.

"Amma mənim qənaətim ondan ibarətdir ki, artıq böyük işlər görülür və işlər bu sürətlə davam edərsə, bizi çox gözəl bir şou gözləyir", - o bildirib.

Azərbaycan tərəfindən təhlükəsizliklə bağlı bütün zəmanətlərin verilməsinə baxmayaraq, Ermənistanın müsabiqədən imtina etməsinə münasibət bildiriən Yan Ola Sand bildirib ki, bu, onların öz seçimidir.

"Mən çox təəssüf edirəm ki, bu ölkə iştirak etməyəcək. Bu, onların öz seçimidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti