...

"Eurovision"un Azərbaycandakı fan klubu və "Embawood" uşaq evini ziyarət ediblər (FOTO)

Mədəniyyət Materials 11 May 2012 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

"Eurovision"un Azərbaycandakı rəsmi fan klubunun təşəbbüsü ilə fan klub üzvləri "Embawood" şirkəti ilə birgə sağlamlığında məhdudiyyət və nitq qüsuru olan uşaqlar üçün 6 saylı Respublika xüsusi internat məktəbini ziyarət ediblər.

Fan klubdan Trend-ə verilən məlumata görə, ziyarətin başlıca məqsədi 10 May - Gül bayramı ilə əlaqədar olaraq uşaqlarda bayram əhval-ruhiyyəsini qaldırmaq və bununla bərabər "Eurovision 2012" müsabiqəsi haqqında uşaqları məlumatlandırmaq olub.

"Embawood" şirkəti tərəfindən uşaq evinə müxtəlif mebel dəstləri də hədiyyə verilib.

Qeyd edək ki, mayın 9-a fan klub Qələbə günü münasibətilə Bakının mərkəzi küçəsində Mərdəkanda yerləşən 2 saylı İnternat məktəbinin nəfəs alətləri orkestri ilə birgə açıq havada konsert verib.

Xəbər lenti

Xəbər lenti