...

Səbinə Babayeva ilə Alim Qasımovun “Bakı Kristal Zalı”nda heyranedici məşqi (FOTO)

Mədəniyyət Materials 20 May 2012 19:42 (UTC +04:00)
Azərbaycanı “Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva "Bakı Kristal Zalı"nda müsabiqədə ifa edəcəyi "When the Music Dies" mahnısının məşqini keçirib.
Səbinə Babayeva ilə Alim Qasımovun “Bakı Kristal Zalı”nda heyranedici məşqi (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva "Bakı Kristal Zalı"nda müsabiqədə ifa edəcəyi "When the Music Dies" mahnısının məşqini keçirib.

Trend-in məlumatına görə, dünya şöhrətli muğam ustası, xalq artisi Alim Qasımov da Səbinə Babayeva ilə birgə səhnəyə çıxıb.

"Biz "Eurovision" auditoriyasını, xüsusən gənc nəsli Azərbaycan muğamı ilə tanış etmək istəyirik", - Alim Qasımov deyib.

"Azərbaycanın canlı əfsanəsi, böyük ifaçılardan biri ilə səhnədə birgə çıxış etmək mənim üçün böyük şərəfdir. Əminəm ki, biz birlikdə böyük nəticə əldə edə bilərik. Bu, Azərbaycanın unikal musiqi mədəniyyətini bütün dünyaya göstərmək üçün böyük bir imkandır", - Səbinə Babayeva bildirib.

Xəbər lenti

Xəbər lenti