...

"Fikrət Əmirov-90" musiqi festivalı keçiriləcək

Mədəniyyət Materials 20 Noyabr 2012 13:04 (UTC +04:00)
Noyabrın 22-30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Fikrət Əmirov-90" musiqi festivalının keçirilməsi nəzərdə tutulub.
"Fikrət Əmirov-90" musiqi festivalı keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Noyabrın 22-30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Fikrət Əmirov-90" musiqi festivalının keçirilməsi nəzərdə tutulub.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq.

Festivala noyabrın 22-də saat 12:00-da Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da isə Heydər Əliyev Sarayında "Fikrət Əmirov-90" musiqi festivalının təntənəli açılışı və qala-konsert olacaq.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2012-ci il tarixli sərəncamının icrasına uyğun olaraq, cari ildə Rusiya, Türkiyə, Macarıstan və Ukraynada, eləcə də Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti