...

Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Mədəniyyət Materials 5 Dekabr 2012 16:49 (UTC +04:00)
Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Trend çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 3-dən etibarən Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Dekabrın 7-də yekunlaşacaq sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib.

Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının nümayəndə heyəti komitənin sessiyasında iştirak edir.

Qeyd edək ki, ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı, eyni zamanda, Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Komitənin builki sessiyasında 2003-cü il Konvensiyasının gələcəyi, Komitənin fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti