...

Azərbaycanın şəhər və rayonlarında çalışan mədənyyət işçilərinin yalnız 12 faizi ali təhsillidir

Mədəniyyət Materials 15 Mart 2013 12:05 (UTC +04:00)
Azərbaycanın şəhər və rayonlarında çalışan 33 143 nəfər mədənyyət işçisinin yalnız 12 faizi ali təhsillidr. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın mədənyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.
Azərbaycanın şəhər və rayonlarında çalışan mədənyyət işçilərinin yalnız 12 faizi ali təhsillidir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın şəhər və rayonlarında çalışan 33 143 nəfər mədənyyət işçisinin yalnız 12 faizi ali təhsillidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədənyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev regionlardakı mədəniyyət və turizm şöbələrinin ötən ilki fəaliyyətlərinin yekunlarına həsr edilən müşavirədə deyib.

Onun sözərinə görə, regionlarda çalışan mədəniyyt işçilərinin 39 faizi orta təhsillidir. Ali təhsillilər arasında regionlarda ən aşağı vəziyyət Daşkəsəndədir. Burada işçilərin cəmi 3 faizi ali təhsillidir.

Ağsu, Astara, Bərdə, Lerik və Tovuz rayonlarında isə bu göstərici təxminən 6 faiz təşkil edir.

Əliyev deyib ki, Azərbaycanın bır sıra şəhərlərində də bu problem özünü göstərir. Bu istiqamət üzrə Şəki, Mingəcevir şəhərlərində mədənyyət işçilərinin təqribən 5-6 faizi də ali təhsillidir.

Nazir müavinin sözlərinə görə, bu məsələ ilə bağlı ən yüksək göstərici Abşeron rayonundadır. Burada çalışan mədəniyyət işçilərinin 24 faizi ali təhsillidir. Sumqayıt, Gəncə şəhərlərində, Salyan rayonunda ali təhsilli mədəniyyət işçilərinin göstəricisi 22-23 faizdir.

Əliyev deyib ki, regionlarda çalışan mədəniyyət işçiləri arasında gənclərin sayı o qədər də yüksək deyil. Onun sözlərinə görə, 30 yaşadək gənclər mədəniyyət işçilərinin cəmi 24 faizini təşkil edir. Bu rəqəm 50-65 yaşlı mədəniyyət işçiləriin göstəricisinə təqribən bərabərdir.

Respublikada mədəniyyət sahəsində çalışan gənclərin sayının ən cox olduğu yer Salyan rayonudur. Burada gənc mədəniyyət işçilərinin sayı 67 faizdir.

Əliyev deyib ki, müəyyən hallarda regionlara işə qəbul zamanı namizədin təhsil səviyyəsi və bacarığı nəzərə alınmır.

"Ancaq bu cür hallar istisna təşkil edir. Etiraf etmək lazımdır ki, ali təhsilli gənclər rayonlarda, xüsusilə uzaq bölglərdə çalışmağa həvəs göstərmirlər", deyə nazirin birinci müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti