...

YARAT! Azərbaycanın və onun qonşularının müasir incəsənətini Venesiyada təqdim edir (FOTO)

Mədəniyyət Materials 7 May 2013 10:54 (UTC +04:00)
Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda hazırladıqları işlər, Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcəkdir. Bakıda yerləşən qeyri-kommersiya təşkilatı “YARAT!” (kurator Dina Nassir-Xadivi) tərəfindən təşkil olunan sərgi, 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi, Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi – 55-ci Beynəlxalq Bədii İncəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaqdır.
YARAT! Azərbaycanın və onun qonşularının müasir incəsənətini Venesiyada təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend Life/

Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda hazırladıqları işlər, Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcəkdir. Bakıda yerləşən qeyri-kommersiya təşkilatı "YARAT!" (kurator Dina Nassir-Xadivi) tərəfindən təşkil olunan sərgi, 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi, Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi - 55-ci Beynəlxalq Bədii İncəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaqdır.

Rəssamlar:

Faiq Əhməd (Azərbaycan)

Rəşad Ələkbərov (Azərbaycan)

Afruz Amiqi (İran)

Kutluq Ataman (Türkiyə)

Şoja Azari (İran)

Rəşad Babayev (Azərbaycan)

Mahmud Bahşi (İran)

Əli Banisadr (İran)

Əli Həsənov (Azərbaycan)

Orxan Hüseynov (Azərbaycan),

Sitarə İbrahimova (Azərbaycan),

Aida Mahmudova (Azərbaycan)

Taus Maxaçeva (Rusiya)

Fərhad Moşiri (İran)

Fərid Rəsulov (Azərbaycan)

Slavyanlar və Tatarlar ("Avrasiya")

İliko Zautoşvili (Gürcüstan)

Kurator Dina Nassir-Xaddivi deyir: "Hal-hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və bu ölkələr haqqında səhv təsvvürlər vardır. Sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş yaxud naməlum tarixin gizlin tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcəkdir."

Sərgi geniş çeşiddə media və əşya xarakterli materallar, həmçinin video instalyasiyalar və rəsm əsərləri təklif edir. Eksponatlar şəxsi təcrübədən təsirlənmiş tarixi mövzulardan, ta ki, müasir həyatı əks etdirən əsərlərə qədər olan geniş çərçivəni əhatə edir, Faiq Əhməd dayaq nöqtəsi kimi Azərbaycan xalçalarının naxışlarını istifadə edir, onların təsvirində Azərbaycanın müasirliyə doğru sürətli hərəkətini təsvir etməyə çalışır. Onun ip üzərindəki Adsız (2012) instalyasiyası ənənəvi xalçaçılıq haqqında olan təsəvvürlərin üzərindən xətt çəkir, hər şeyi 2 ölçülü müstəvidən 3 ölçülü fəzaya keçirir.

Kutluq Atamanın video instalyasiyası olan Mesopotamiya dramaturgiyası/ Sütun (2009) Roma şəhərində olan Trayan Sütünundan ilhamlanaraq hazırlanmışdır və ilk olaraq MAXXİ (21-ci əsr Milli İncəsənət Muzeyi, Roma) tərəfindən sifariş edilmişdir. Sütunun ibarət olduğu 42 televizor ekranında şərqi Türkiyənin Ərzincan əyalətindən olan bir kəndlinin səssiz siması göstərilir, Ataman özü də bu əyalətdə doğulmuşdur. Bu əsərin əsas məqsədi susmuş bir tarixi göstərmək və sanki Anatoliya xalqını yad etməkdir.

Bu günə qədər özünün ən iddialı işlərindən birində Şoja Azari xüsusi olaraq sifariş edilmiş bir film nümayiş edəcəkdir, harada Nizami Gəncəvinin 12-ci yüzilliyə aid romantik epik poeması olan Haft Paykar canlandırılacaqdır. Haft Paykar yaxud Yeddi Gözəl alleqorik romantik hekayədir, hansında əsas mövzu olaraq, insanın kamilləşməsi üçün özünü dərk etməsi mövzusu götürülmüşdür.

Ali Banisadr triptix formasında olan özünün ən böyük işini təqdim edəcəkdir, burada o, alovun və işığın dərin simvolik mənasından təsirlənmişdir. Azərbaycanda və İranda məna etibarı ilə üstünlük təşkil edən bu elementlər öz kökünü Zərdüştlikdən götürür və eyni zamanda "Azərbaycan" adının fars köklü "odu qoruyanlar" termininə aid edilir. Rəngləri və rəssamlıq texnikasını effektiv formada istifadə edən Banisadr, kətan üzərində öz uşaqlıq illəridən bəri gələn təsviri məlumatı, incəsənət tarixi haqqında olan dərin biliklərini və gündəlik həyatla bağlı iti müşahidələrini əks etdirir, həmçinin insan təbiətinə məxsus hərəkət detallarını, energetika və abstraksiyanı təsvir edir.

Banisadrın işləri dünyanın bir çox ictimai kolleksiyalarına, eyni zamanda Nyu-Yorkdakı Metropoliten təsviri incəsənət muzeyinin, Los-Ancelesdəki müasir incəsənət muzeyinin, Saatçi Qalereyasının və Londondakı Britaniya muzeyinin kolleksiyalarına daxil edilmişdir.

Əli Həsənov, Azərbaycan təmsilçisi, gündəlik materialların müasir tətbiqini tapır. Onun Sahiblər (2012) adlı işində bir-birinə bərkidilmiş yüzlərlə "süpürgə" (bir-birinə düyünlən çör-çöplərdən ibarət süpürgə, post-sovet məkanı ölkələrində geniş istifadə olunurdu) təqdim olunur, hansılar birlikdə vahid heykəltəraşlıq nümunəsini təşkil edir.

Taus Maxaçeva tezəlikcə Liverpul Biennalesində təqdim etdiyi, ipək yolu üzərində yerləşən və insanlar tərəfindən tərk edilmiş Hamsutl (2012) şəhəri haqqında filmi nümayiş edəcəkdir, burada gənc qəhrəman öz rəqsləri ilə unudulmuş şəhərin tarixini canlandırmağa çalışır.

Slavyanlar və Tatarların instalyasiyası olan Molla Nəsrəddin - Antimodernist (2011), böyüklər və uşaqlar üçün olan oyun meydançasındakı "sürüşmə atraksionunu" tam ölçüdə təqdim edir və 13-cü yüzilliyin Sufi adlı filosofu ilə əlaqələndirilir. Tamaşaçıların da iştirakı üçün cəlb ediləcəkləri bu layihə, yumor vasitəsi ilə səxavətlik və iştirakçılıq kimi keyfiyyətləri aşılayır. Molla Nəsrəddin bizi birbaşa 20-ci yüzilliyin əvvəllərinə aid edilən Azərbaycanın satirik jurnalına yönəldir, hansı ki, təkcə milli kimliyi tənqid etmir, həm də mətbuatın gücünü əks etdirirdi.

Sevir - Sevmir instalyasiyasında bu sərginin əsas mövzusu öz əksini tapmışdır - keçmişin ləçəklərini qopardaraq, tikanlı saplağı göstərmək; bütün metropolislər balaca uşaq kimi qəyyumluq üçün mübarizəyə cəlb edilir, bu da regionun zaman içində inkişafını xarakterizə edir.

Azərbaycanın və qonşu regionların incəsənət xadimlərini bir yerə toplayan Sevir - Sevmir sərgisi, Azərbaycanın, həmçinin İran, Türkiyə, Rusiya və Gürcüstanın müasir incəsənəti üçün yeni perspektivlər yaradacaqdır.

Kataloq

Kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaksiyası altında və aşağıdakı mütəxəssislərin köməkliyi ilə:

Nada Raza, kurator köməkçisi, Teyt Modern qalereyası

Nikolas Kullinan, müasir təsviri incəsənət üzrə kurator,Metropoliten muzeyi

Neqar Əzimi, yazıçı v ə "Bidoun Projects" nəşrinin baş redaktoru

Monika Steynberq, elmlər namizədi, məzunlar Mərkəzi, Nyu-Yorkşəhərinin Universiteti

Suad Qarayeva, yazıçı və kurator, Rusiya, Mərkəzi Asiya və

Qafqazda müasir təsviri incəsənət üzrə ixtisaslaşmışdır

Slavs and Tatars (Slavyanlar və Tatarlar) - "Avrasiya" adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin Səddinə qədər olan ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika təşkil edən debat klubu. Kollektivin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır, harada əsas diqqət, çox vaxt unudulan kulturoloji sual olan - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirindən danışılır.

"Love Me, Love Me Not" sərgisinə prodüserlik edən müasir təsviri incəsənət təşkilatı "YARAT!", Azərbaycanda müasir təsviri incəsənətin inkişafı ilə məşğul olur.

Məlumat və fotoşəkil üçün mətbuat nümayəndələri aşağıdakı əlaqə nömrələrinə, həmçinin internet ünvanlarına müraciət edə bilərlər:

Anna Kusden (Anna Cusden) və ya Sofi Ferz (Sophie Furse), "Pelham Communications"

Tel.: +44 20 8969 3959

İnternet ünvanı: [email protected] və ya

[email protected]

Naşirlər üçün məlumat:

Sərgi barədə məlumat

Ad: Love Me, Love Me Not (Sevir, sevmir)

Ünvan: Arsenal Nord, Tesa 111, Venesiya, İtaliya

Sərgilənmə tarixi: 1 iyun - 24 noyabr (geniş kütlə üçün açıq olacaq)

Marşrut üzrə teploxodun - "vaporetto"nun dayanacaqları: Arsenal Norda yaxın dayanacaqlar - Baçini и Çelestia, vaporetto marşrutları 5.1, 5.2, 4.1, 4.2

Qatar üçün istiqamətlər:

Bu link vasitəsi ilə 2 dayanacağı və Tesa 111-in yerini tapacaqsınız https://maps.google.it/maps/ms?msid=200760762308548777660.0004d63bed7569df3938e&msa=0&ll

=45.439208,12.35242&spn=0.00126,0.001459

Veb sayt: www.loveme-lovemenot.com Twitter: @yaratartspace

Facebook:https://www.facebook.com/Yarat.Art

Qısa olaraq "YARAT!" müasir incəsənət təşkilatı haqqında:

"YARAT!" təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir, bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.

Baş ofisi Bakıda yerləşən "YARAT!" təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsi ilə həyata keçirir. "YARAT!" yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.

"YARAT!"ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün "ARTIM" adlı layihə daxildir. "ARTIM" qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanını yaratmaq məqsədi qoymuşdur.

Yerli infrastruktur vasitəsi ilə incəsənətin inkişafı üçün "YARAT!" tərəfindən əsası qoyulan "YAY" Qalereyası kommersiya məqsədli sərgi meydanıdır. "YAY" satışdan əldə edilən gəliri rəssam və "YARAT!" təşkilatı arasında bölür, həmçinin də bir sıra Azərbaycan və xarici incəsənət xadimlərini dəstəkləyir.

Qısa olaraq kurator haqqında:

Dina Nasser-Xadivi müstəqil kurator və məsləhətçidir, hansı ki, əsas olaraq Yaxın və Orta Şərq, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət sahəsi üzrə ixtisaslaşmışdır. Dina əvvəllər "Kristi" hərracında 19-20-ci əsrlər incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi çalışmış, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışmış, çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində (2010-cu ilin payızında Nyu-Yorkun Solomon Quqqenxaym muzeyində, Hyuston Təsviri incəsənət muzeyində və Müasir İncəsənət Muzeyində təşkil olunmuş "İran moderninə və müasir təsviri incəsənət dünyasına giriş" adlı seminar) rəssamlar üçün beynəlxalq platforma yaratmışdır. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, o öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay şəhərləri arasında bölüşdürmüş olur.

Son zamanlar fəaliyyətinin Qafqaz regionu tərəfə yönəlməsi, Dinanın Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni olan İran ilə qonşuluğu, xüsusən də onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara qarşı marağının artmasından irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti