...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Roma Klubu ilə beynəlxalq əməkdaşlıq üzrə anlaşma əldə edib

Mədəniyyət Materials 2 İyul 2013 08:24 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əsası 1968-ci ildə qoyulan məşhur Roma Klubu ilə birgə beynəlxalq əməkdaşlıq üçün anlaşma əldə edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Roma Klubu ilə beynəlxalq əməkdaşlıq üzrə anlaşma əldə edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əsası 1968-ci ildə qoyulan məşhur Roma Klubu ilə birgə beynəlxalq əməkdaşlıq üçün anlaşma əldə edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu əməkdaşlıq hər iki təşkilata nizamnamələrində göstərilən bütün sahələrdə birgə fəaliyyət göstərməyə yardımçı olacaq. Bu əməkdaşlıqla əlaqədar Roma Klubunun icraçı direktoru sentyabrda Mərkəzin qonağı olacaq.

Qeyd edək ki, hazırda Roma Klubunun sədri Federiko Mayor Saraqosa (YUNESKO-nun sabiq baş direktoru), həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür. Bununla yanaşı, Beynəlxalq mədəniyyətlərarası və dinlərarası alyansın yaradılması üçün hər iki qurum bütün səylərini birləşdirəcəklər.

Federiko Mayor Saraqosa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm tərəfdaş olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu olacağına əminliyi bildirib. O cümlədən, Mərkəzlə birgə Roma Klubunun növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti