Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilən "Cırtdan" II Bakı Beynəlxalq Kukla Teatrları Festivalında səyyar fotosərgi ilə iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə yalnız Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının deyil, eləcə də Naxçıvan, Gəncə, Qax, Salyan Dövlət Kukla Teatrlarının keçdiyi sənət yolu işıqlandırılıb.
Sərgidə Azərbaycan Dövlət Kukla Teatrının 1930-cu illərə aid afişalarını, həmin dövrün truppasının bölgələrə qastrol səfərlərini, milli kukla teatrının yaradıcısı Mollağa Bəbirlinin hazırladığı marionet kuklaları özündə əks etdirən fotolar da yer alıb.