Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Bu gün Bakıda, "QGALLERY" qalereyasında XX əsrin əvvəllərinə söykənən, lakin ənənələri uzaq keçmişə qədər davam edən Latviyanın müasir dekorativ-tətbiqi sənətinə həsr olunmuş "Latış Müasir İncəsənəti: Şüşə, Parça və Keramika" adlı sərginin açılışı olub.
Trend-in məlumatına görə, Latviya rəssamları öz işlərində nəinki tətbiqi sənət sahəsində müasir dövrün texniki nailiyyətlərini göstərir, həm də qədim sivilizasiya ilə birgə mənəvi bağlantını davam etdirirlər ki, bu da əbədi olaraq həyatın dəyərlərindəndir.
Latış dekorativ-tətbiqi sənətinin peşəkar olaraq inkişafı müxtəlif növdə tətbiqi sənət sahəsi üzrə kadrların hazırlanmasında ocaq rolunu oynayan Latviya Rəssamlıq Akademiyasının gördüyü işlə bağlıdır. Məsələn, Latviya Rəssamlıq Akademiyasının Keramika üzrə kafedrası 89 il bundan əvvəl açılıb. Kafedrada müəllimlik və yaradıcılıq fəaliyyəti mövzuların, ideyaların və texnologiyanın inkişafının rəngarəngliliyi ilə əlaqədardır. Hər il kafedra təsviri sənət üzrə beş bakalavr və dörd magistr məzun edir.
Vaxtilə bu tədris ocağını bitirən keçmiş tələbələr həm Latviyada, həm də digər xarici ölkələrdə keçirilən sərgilərdə aktiv olaraq iştirak edir, dizayn üzrə müxtəlif studiyalar açır və məktəblərdə bu sahə üzrə dərs deyirlər.
60-cı illərin əvvəllərində Akademiyada Parçalar üzrə kafedra açılıb. Bu kafedraya tükənməyən ilham mənbəyi olan, mövcud sahə üzrə özünü daha yaxşı ifadə etmək məqsədilə yaradıcı insanlar can atırdılar. Eyni zamanda, bu Akademiyada Bədii şüşə üzrə fakültə açıldı ki, bu da incəsənətin mövcud sahəsi üzrə çox böyük hadisəyə səbəb oldu.
Yüksək səviyyədə tədris peşəkar kadrların tək sənaye sahəsində deyil, həmçinin incəsənət sahəsində yetişdirilməsinə imkan yaratdı. Əgər əvvəlki dövrlərdə Latviyanın mədəniyyətində mənfəət məqsədilə sənaye miqyasında yalnız şüşədən olan məmulatlar inkişaf etdirilirdisə, hazırkı dövrdə art-obyekt, sərgi məqsədi ilə və eksklüziv əsərlər yaradan peşəkar rəssamlar fəal işləyirlər.
Sərginin keçirilməsində məqsəd Latviyanın müasir dekorativ-tətbiqi sənətinin geniş xülasəsini müxtəlif rəssamların yaradıcılıqlarının misalında nümayiş etdirməkdən ibarətdir. Bu rəssamların hər birinın ayrı-ayrılıqda özünəməxsus azad dünya görüşü, ilham mənbəyi və yaradıcılıq yolu var. Lakin onları nəsə vacib və dəyərli bir şey birləşdirir.
Bu, insanın təbiətin və kainatın əsas hissəsi olmasını, maddi və ruhi hormoniyanın vəhdətinə yetişmək, funksionallığı və simvolik mənası, etnik və ümumi insanlıq keyfiyyətlərini dərk etməkdən ibarətdir. Məhz bu dünyagörüşü və incəsənət dəyərlərini Latviya rəssamları aktuallığına görə birinci yerə qoyublar. Bundan başqa, latış rəssamlar məhz bu dəyərləri öz əsərləri vasitəsilə Latviya və digər ölkələrdə olan tamaşaçıların nəzərinə çatdırmağa çalışıblar.