...

YARAT azərbaycanlı və əcnəbi müəlliflərin işlərindən təşkil olunmuş eksperimental video-proqram təqdim edir (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2014 14:21 (UTC +04:00)
Dekabrın 6-da YARAT təşkilatı sizə Azərbaycan və xarici ölkələrdən olan gənc müəlliflərin işlərindən təşkil olunmuş eksperimental video-proqram təşkil edəcək.
YARAT azərbaycanlı və əcnəbi müəlliflərin işlərindən təşkil olunmuş eksperimental video-proqram təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Dekabrın 6-da YARAT təşkilatı sizə Azərbaycan və xarici ölkələrdən olan gənc müəlliflərin işlərindən təşkil olunmuş eksperimental video-proqram təşkil edəcək.

Trend xəbər verir ki, nümayiş zamanı rəssam və kurator Sabina Şixlinskayanın rəhbərliyi ilə keçirilmiş YARAT-ın ARTIM layihəsi çərçivəsində çəkilmiş bir sıra videolar, həmçinin Fransanın tanınmış video-rəssamı Robert Cahen tərəfindən aparılan ustad dərslərində hazırlanan videolar göstəriləcək. Eyni zamanda proqrama əlavə olaraq Zamir Süleymanovun (beynəlxalq mükafatlar laureatı) video əsərləri nümayiş olunacaqdır.

Baxış Milli İncəsənət Muzeyinin binasında keçiriləcək və aşağıdakılardan ibarət olacaq:
ARTIM LAYİHƏSİ İŞTİRAKÇILARININ İŞLƏRİ (Muzey 2014. TƏCAVÜZ) KURATOR VƏ RƏSSAM SƏBİNƏ ŞIXLİNSKAYANIN RƏHBƏRLİYİ ALTINDA:
Səbinə Abbasova "Facade make-up" (0:10 dəq.)
Fərhad Haqverdiyev "Azadə" (1:00 dəq.)
Pərvanə Persiani "Atəşlə oyun" (4:48 dəq.)
Veronika İsayeva "Eskalatordakı qız" (1:30 dəq.)
Natəvan Əliyeva "Beytləşmə" (5:10 dəq.)
Ayxan Xəlilov "Kəndirlənmiş incəsənət" (1:00 dəq.)
Nərmin İsrafilova "Səsin yaranışı" (6:00 dəq.)
Ayxan Xəlilov "Cavabsız zəng" (2:01 dəq.)
Elvin Adıgözəl "Ölümsüz təlxək" (4:46 dəq.)
Aysel Nağıyeva "Dəm" (0:53 dəq.)

TANINMIŞ FRANSIZ VİDEOQRAFI VƏ BƏSTƏKARI ROBER KAENİN USTAD-DƏRSLƏRİ İŞTİRAKÇILARININ İŞLƏRİ:
Çinar Məcidova "Dalan 7" (3:09 dəq.)
Endrü Nairn "Başıqapazlılıq" (4:53 dəq.)
Tamar Çaduneli "Azadlığın gözəlliyi" (4:30 dəq.)
Yana Malışeva "Qar komalı yol" (3:40 dəq.)
Aydan Mirzəyeva "Məkan" (1:42 dəq.)
Vüsal Rəhim "Otaq" (3:20 dəq.)
Visente Plaza Qonzales "Paranoyya" (5:06 dəq.)
Ülviyə Həsənova "Rekursiya" (4:42 dəq.)
Fatimə Hüseynzadə "Siçovullar" (2:08 dəq.)
İlahə Xalıqova "Görünməz" (1:55 dəq.)
Nəzrin Musayeva "Dəyərmi?" (1:48 dəq.)

Gecənin proqramına həmçinin Azərbaycan rejissoru və fotoqrafı, 2012-ci ilin "Start" festivalının mükafatçısı olmuş Zamir Süleymanovun eksperimental video işləri daxildir.
Bağ (8:58 dəq.)
An (5:46 dəq.)
Bütün maşınlar neft daşıyır (1:56 dəq.)
Ağrıdağı (2:05 dəq.)
Baxış saat 18:00-da başlanacaq.

Ünvan: Milli İncəsənət Muzeyi, Niyazi küçəsi, 9/11.
Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti