...

Məşhur Çin rəssamının əsəri Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə olunub

Mədəniyyət Materials 13 Mart 2015 17:00 (UTC +04:00)
Məşhur Çin rəssamı Vanq Hai Qinqin "Gizli məna" adlı rəsm əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub.
Məşhur Çin rəssamının əsəri Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə olunub

Azərbaycan, Bakı, 13 mart /Trend/

Məşhur Çin rəssamı Vanq Hai Qinqin "Gizli məna" adlı rəsm əsəri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar keçirilən mərasimdə nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və muzeyin əməkdaşları iştirak ediblər.

Muzeyin direktoru Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə ona təşəkkürünü bildirib. Çinin zəngin mədəniyyətə sahib böyük ölkə olduğunu qeyd edən direktor bu ölkənin rəssamları ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Öz növbəsində, çinli rəssam V.H.Qinq Azərbaycana səfər etməsindən, ölkəmizin mədəniyyəti ilə tanış olmasından məmnunluğunu bildirib: "Mən əvvəllər Azərbaycanla tanış deyildim. Amma bu ölkə ilə, Bakı şəhəri ilə tanış olandan sonra Azərbaycanın necə böyük mədəniyyətə sahib olduğunu gördüm. Bakı mənim anadan olduğum şəhərə çox bənzəyir. Hər iki şəhər dəniz sahilində yerləşir. Mənim yaşadığım şəhər Sarı dənizin sahilindədir. Burada özümü öz doğma şəhərimdəki kimi hiss edirəm".

Qonaq qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi üçün əlimizdən gələni etməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti