...

Azərbaycan rəqsləri Cənubi Afrikada uğur qazanıb (FOTO)

Mədəniyyət Materials 23 Mart 2015 14:44 (UTC +04:00)
Müxtəlif nominasıyalarda keçirilən çempionatda “Yurd” uşaq rəqs ansamblının üzvləri beş Azərbaycan rəqsi ilə iştirak ediblər.
Azərbaycan rəqsləri Cənubi Afrikada uğur qazanıb (FOTO)

Azərbaycan, Bakı, 23 mart /Trend/

Azərbaycan rəqsləri Cənubi Afrikada uğur qazanıb.

Trend Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinə istinadən xəbər verir ki, martın 20-22-də Cənubi Afrikanın paytaxtı Pretoriyada CAR Dövlət Teatrında Dünya ya Rəqs Çempionatının Cənubi Afrika üzrə seçmə mərhələsi keçirilib.

Müxtəlif nominasıyalarda keçirilən çempionatda Azərbaycan Respublikasının Səfirliyi nəzdində fəaliyyət göstərən "Yurd" uşaq rəqs ansamblının üzvləri beş Azərbaycan rəqsi ilə iştirak ediblər.

Tamaşaçılara təqdim edilən "Yeddi Gözəl" baletindən parça, "Qaytağı", "Sarı Gəlin", "Naz eləmə", "Qızlar Rəqsi" rəqslərinin Novruz Bayramı şənliklərinə həsr olunduğu elan edilib.

Yüksək peşəkarlıqla ifa edilən Azərbaycan rəqsləri tamaşaçılar və hakimlər tərəfindən maraqla izlənərək çox yüksək qiymətləndirilib. "Qızlar Rəqsi" birinci, "Naz eləmə" ikinci və "Sarı Gəlin" rəqslərinin ifaçıları beşinci yer tutaraq bu il 27 iyun-4 iyulda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Dünya Rəqs Çempionatının son mərhələsində iştirak etmək üçün yer qazanıblar.

Qeyd edək ki, 2004-cü ildən dünyanın otuza yaxın ölkəsinin iştirakı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən bu çempionat Cənubi Afrikada üçüncü dəfədir keçirilir. Azərbaycan rəqsləri final mərhələdə iştirak etmək üçün ilk dəfədir uğur qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti