...

Türkiyədə "Məhəbbətin qənimi" tamaşası nümayiş etdiriləcək

Mədəniyyət Materials 10 May 2015 10:00 (UTC +04:00)
Şairə, dramaturq Xəzangülün "Məhəbbətin qənimi" tamaşası Türkiyədə nümayiş etdiriləcək.
Türkiyədə "Məhəbbətin qənimi" tamaşası nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 10 may /Trend/

Şairə, dramaturq Xəzangülün "Məhəbbətin qənimi" tamaşası Türkiyədə nümayiş etdiriləcək.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov Trend-ə bildirib ki, teatr mayın 12-15-də Türkiyədə qastrol səfərdə olacaq.

Səfər zamanı Türkiyənin Girəsun və Bulancaq şəhərlərində şairə, dramaturq Xəzangülün "Məhəbbətin qənimi" tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, tamaşanın süjeti ailədaxili problemlər, cəmiyyətdə bəlalara yol açan sərxoşluğun bir ailədə yaratdığı faciədir.

Tamaşada, əsasən, ər və arvad arasında yaranan problemlərdən bəhs olunur. Sərxoşluğun ailədə yaratdığı problemlər cəmiyyətə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti