...

Azərbaycanda Malayziya Mədəniyyət Festivalı keçiriləcək

Mədəniyyət Materials 25 İyun 2015 19:00 (UTC +04:00)
Azərbaycan və Malayziyanın Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri ilə ikitərəfli görüş keçirilib.
Azərbaycanda Malayziya Mədəniyyət Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan və Malayziyanın Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri ilə ikitərəfli görüş keçirilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Malayziya Mədəniyyət və Turizm Nazirliyi baş katibinin müavini Datuk Qaffar bin A.Tambi, Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman, Malayziyanın Mədəniyyət və Turizm Nazirliyi baş katibinin köməkçisi Encik Mohd Zamzuri bin Ab Qani, Türkiyənin İstanbul şəhərində yerləşən Malayziyanın Turizm nümayəndəliyinin direktoru Encik Baharuddin bin Sulaiman və Malayziyanın Azərbaycandakı səfirliyinin müşaviri Harris Alvi iştirak ediblər.

Azərbaycan nazirliyi tərəfindən Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iştirak ediblər.

Görüşdə tərəflər arasında hər iki ölkənin turizm potensialı haqqında geniş məlumat verilibvə gələcək perspektivlərin ətrafında fikir mübadilələri aparılıb. Böyük turizm potensialına malik olan Azərbaycan ilə Malayziya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edilib. Bildirilib ki, carı ilin sentyabr ayında ölkəmizdə Malayziyanın Mədəniyyət Festivalı keçiriləcək.

Azərbaycanın turizm potensialının Malayziyada təqdimatının keçirilməsi müzakirə olunub və qarşı tərəf təqdimatın keçirilməsini məmnuniyyətlə qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti