...

İçərişəhərdə çəkilmiş Azərbaycan filmi ABŞ-da nüfuzlu festivalda iştirak edir

Mədəniyyət Materials 1 Sentyabr 2015 16:29 (UTC +04:00)
İçərişəhərdə çəkilmiş Azərbaycan filmi ABŞ-ın nüfuzlu Qısametrajlı Filmlər Festivalında iştirak edir.
İçərişəhərdə çəkilmiş Azərbaycan filmi ABŞ-da nüfuzlu festivalda iştirak edir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Nar Mobile" mobil operatorunun iştirakı ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimova tərəfindən çəkilmiş "Tanrıya məktub" adlı qısametrajlı film ABŞ-da 12-ci "DC Shorts" qısametrajlı film və ssenari festivalının ("DC Shorts Film Festival & Screenplay Competition") müsabiqə proqramına daxil edilib (http://festival.dcshorts.com/films/letter-to-god/).

İdarədən Trend-ə verilən məlumata görə, sentyabrın 10-dan 20-dək Vaşinqtonda keçiriləcək ABŞ-ın bu nüfuzlu kinofestivalında 24 ölkədən 125 film iştirak edəcək.

Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ilin oktyabr ayında start verilmiş "Üç tarix" layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.

Layihə üç gənc rejissor tərəfindən filmlərin çəkilişini təmin etmək üçün yaradıcılıq prosesinin ssenarilərin yazılmasından son məhsulun montaj olunmasına qədər bütün mərhələlərində müəlliflərə dəstəyin göstərilməsini əhatə etdi. Layihə çərçivəsində müəlliflər üçün Kann festivalının "Qızıl kamera" mükafatı laureatı Vitali Kanevski tərəfindən rejissura və ssenari sənəti üzrə master-klass məşğələləri də təşkil olunub. Bir il davam etmiş "Üç tarix" layihəsi uğurla başa çatdı və 2013-cü ilin sonunda tamaşaçıların diqqətinə üç film təqdim olundu: "Yara" (T.Hacıyev), "Tanrıya məktub" (M.İbrahimova) və "Köhnə Bakı ölməyib" (M.Abiyev).

Əsrlərin xatirəsini özündə yaşadan Qədim Bakının tarixi mərkəzinin təkrarolunmaz dar küçələri, özünəməxsus həyətləri, qala divarları, hamamları, məscid və karvansaraları bir çox məşhur kinofilmlərin və televiziya verilişlərinin çəkildiyi bir məkan kimi istifadə olunurdu. "İçərişəhər" Qoruğu İdarəsi bu dəyərli ənənəni qoruyaraq yaşatmaq məqsədilə və işində rəhbər tutduğu "Canlı Tarix" konsepsiyası çərçivəsində gənc sənətkarlara adıçəkilən filmlərin çəkilişi zamanı "İçərişəhər" və "Qala" qoruqlarının ərazisində müvafiq şərait yaradıb.

Qeyd olunmalıdır ki, layihənin digər iştirakçısı kinorejissor Teymur Hacıyevin "Yara" filmi də 2014-cü ildə nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın "Palm Springs International ShortFest"in müsabiqə proqramına daxil olub.

Layihə çərçivəsində çəkilmiş filmlər beynəlxalq media və nəşriyyatların da diqqəti mərkəzində saxlanılmaqdadır. Sevindirici haldır ki, ABŞ-ın ən iri və nüfuzlu qəzeti olan "The Washington Post" öz səhifələrində M.İbrahimovanın yaradıcılığına və "Tanrıya məktub" filminə xüsusi yer ayırıb (http://www.washingtonpost.com/entertainment/a-poignant-tour-of-the-azerbaijani-capitals-old-city--in-17-minutes/2015/08/27/a50a7400-4816-11e5-9f53-d1e3ddfd0cda_story.html).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti