...

Gəncədə "İlham" Ədəbi Birliyinin 35 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2015 15:55 (UTC +04:00)
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İlham" Ədəbi Birliyinin 35 illik yubileyi keçirildi.
Gəncədə "İlham" Ədəbi Birliyinin 35 illik yubileyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İlham" Ədəbi Birliyinin 35 illik yubileyi keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül birliyin yaradılması, onun çətin və şərəfli yol keçməsi, birliyin sədri Qərib Mehdinin birliyin yaradılmasında müstəsna rolu barədə ətraflı məlumat verdi. Eyni zamanda birliyin ilk üzvlərindən dünyasını dəyişmiş şəhid şairlərimiz Nizami Aydın və Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra çıxış üçün söz alan görkəmli yazıçı Q.Mehdi öz çıxışında birliyin hansı zərurətdən yarandığını, bu işdə ona dəstək verən Gəncə şəhər partiya komitəsinin sabiq birinci katibi, tanınmış siyasi xadim Həsən Həsənov və qəzet redaktoru mərhum Sabir Hacıyevlə bağlı təəssüratlarını yığıncaq iştirakçıları ilə bölüşdü. Natiq onu da qeyd etdi ki, "İlham"ın üzvlərinin bir çoxu hazırda respublikada və türk dünyasında tanınmış simalardır.

Yazıçı və şairlərdən Nüşabə Məmmədli, Aləmzər Əlizadə, Daşkəsən rayonundan gəlmiş şair Cavanşir Atəşi (Qocayev), Hüseyn Əsgəroğlu, Ramiz Təmkin, Firdovsi Fahralı və başqaları çıxış edərək birlik barədə öz arzu və istəklərini bildirdilər.

Nadir Ovçu və İmamverdi Məmmədov "İlhama" həsr etdikləri şeirləri oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti