...

Avropa Film Festivalına həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2016 14:35 (UTC +04:00)
Avropa Film Festivalına həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Avropa Film Festivalına həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Avropa Film Festivalına həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bilidirlir ki, bu gün Aİ səfiri Malena Mard Avopra Film Festivalına həsr olunmuş müsabiqənin qaliblərini mükafatlandırıb. 2 qalib - Nigar Qurbanova və Seymur Məmmədli "Berlinale" Beynəlxalq Film Festivalına 2 bilet və səyahət paketi qazanıblar. 3-cü qalib - Nejla Ayvaziyə isə 200 manat dəyərində Park Cinema kinoteatrlar şəbəkəsinin "Platinum" kartı hədiyyə edilib.

Səfir M.Mard qaliblərin Beynəlxalq Berlin Film Festivalında iştirakının Aİ və Azərbaycan arasında mədəni mübadilənin gücləndirilməsi üçün kiçik bir töhfə olduğunu ifadə edib.

Q eyd edək ki, Aİ Nümayəndəliyi 6-cı Avropa Film Festivalına həsr olunmuş hədiyyəli müsabiqə keçirib. Müsabiqə iştirakçıları bəyəndikləri filmin posteri altında həmin film barədə qısa icmal yazmalı və niyə məhz bu filmə səs verdiklərini izah etməli idilər. Qaliblər 2015-ci ilin dekabrın 7-də elan edilmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti