...

İki mədəniyyət evinin direktoru işdən çıxarıldı, töhmət alanlar da var

Mədəniyyət Materials 18 Mart 2016 12:27 (UTC +04:00)
Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunublar.
İki mədəniyyət evinin direktoru işdən çıxarıldı, töhmət alanlar da var

Bakı. Trend:

İlin əvvəlindən başlayaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində, əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır. İdarədən Trend-ə verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Məmmədova Aygün Mehman qızına yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Bəxtiyarova Günel Mahir qızına və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızına töhmət verilib.

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti