...

Asudə Vaxt Mərkəzi açıldı (FOTO)

Mədəniyyət Materials 3 May 2016 15:50 (UTC +04:00)
Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı baş tutub.
Asudə Vaxt Mərkəzi açıldı (FOTO)

Bakı. Trend:

Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı baş tutub.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarənin rəis müavini Nazim Əliyev mərkəzin rəmzi açılışını bildirən qırmızı lenti kəsdikdən sonra qonaqlar Mərkəzlə tanışlıq olublar. Mərkəzin direktoru Mehriban Bayramova tədbir iştirakçılarını qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib.

Mərkəzin fəaliyyətinin məqsədi "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramınının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdan, əhalinin mədəniyyət, təhsil, səhiyyə, sosial sahələrində maraqlarını təmin etməkdən ibarətdir.

Mərkəzin gənclərin asudə vaxtının səmərəli təşkil olunması, dərnək və kursların yaradılması, yeniyetmələrin bilik və bacarıqlarının inkişafı, elmə həvəsləndirilməsi, həmçinin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması kimi fəaliyyət növləri mövcuddur.

Qeyd edək ki, yaxın zamanlarda növbəti Asudə Vaxt Mərkəzi Yasamal rayonunda və il ərzində Bakının digər rayonlarında yaradılması nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarının (musiqi məktəbi, kitabxana, mədəniyyət evi və klublar) vahid koordinasiya mərkəzinə çevriləcək bu mədəniyyət ocağı əhalinin bütün təbəqələrinin maraq dairəsini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti