...

Bakı "Qaraca qız"ı görəcək...

Mədəniyyət Materials 25 May 2016 15:17 (UTC +04:00)
Opera və Balet Teatrı Süleyman Sani Axundovun eyniadlı povestinin motivləri əsasında Əşrəf Abbasovun bəstələdiyi "Qaraca qız" baletini təqdim edəcək.
Bakı "Qaraca qız"ı görəcək...

Bakı. Trend:
OPERA və BALET TEATRINDA ƏŞRƏF ABBASOVUN "QARACA QIZ" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

Hər il 1 iyun - Uşaqları Beynəlxalq müdafiə günü ərəfəsində Opera və Balet Teatrında kiçik yaşlı tamaşaçılar üçün yeni bir tamaşanın səhnəyə qoyulması artıq bir ənənə şəklini alıb. Opera və Balet Teatrının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu dəfə də öz ənənəsinə sadiq qalan teatr uşaqlara Süleyman Sani Axundovun eyniadlı povestinin motivləri əsasında Əşrəf Abbasovun bəstələdiyi "Qaraca qız" baletinin tamaşasını təqdim edəcək.

Balet cəmiyyətdəki ədalətsizliyin, bərabərsizlik və amansızlığın qurbanı olan qəhrəmanın - Qaraca qızın bədbəxt taleyindən, bununla yanaşı onun xeyirxahlığı, sədaqəti, insanlara hədsiz məhəbbətindən bəhs edir.

Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının Əməkdar artisti Samir Səmədov, dirijoru Xalq artisti, professor Cavanşir Cəfərodvdur.

Əsas rollarda balet truppasının gənc solistləri - Milli və klassik rəqs üzrə Qəmər Almaszadə adına I beynəlxalq müsabiqənin Qran-pri mükafatının laureatı Cəmilə Kərimova, I mükafatın sahibi Timur Oduşev, Əməkdar artist Alsu Qimadiyeva, solistlərdən Elmira Süleymanova, Səbinə Məmmədova, Səbinə Abdullayeva, Anar Tahirov, Faiq Qubadov və b. çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti