Bakı. Trend:
İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram konserti keçirəcək.
İdarədən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi, İdarənin nəzdindəki uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim ediləcək.
Bayram konserti Nizami Kino Mərkəzinin arxasında yerləşən görkəmli bəstəkar Qara Qarayevin heykəli önündə saat 14:00-da başlanacaq.