...

G.Şaroyev adına Musiqi Məktəbi konsert təqdim edib (FOTO)

Mədəniyyət Materials 31 May 2016 12:31 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi Azərbaycan Milli Konservatoriyasının böyük zalında konsert proqramı təqdim edib.
G.Şaroyev adına Musiqi Məktəbi konsert təqdim edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi Azərbaycan Milli Konservatoriyasının böyük zalında konsert proqramı təqdim edib. İdarədən Trend-ə verilən məlumata görə, konsert 28 may - Respublika Gününə həsr olunub.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Səyavuş Kərimi, Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, kafedra müdirləri, müəllim və professorları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və məktəbin kollektivi iştirak ediblər.

İlk öncə məktəbin musiqişünas müəllimi Həqiqət Hüseynova məruzə ilə çıxış edib, sonra konsert proqramı təqdim olunub. Konsert zamanı musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Konsert haqqında öz təəssüratını tamaşaçılarla bölüşən professor Lalə Hüseynova proqramda Azərbaycan bəstəkarlarının əsərlərinə və muğamlara üstünlük verilməsini xüsusi qeyd edərək, Respublika gününün 100 illiyinə qədər Qarabağ torpaqlarının işğaldan azad olunmasını arzu edib. Daha sonra professor musiqi məktəbinin ilk dəfə Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertini hesabat xarakterli olduğunu bildirib.

Sonda məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev çıxış edərək Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və dəvəti qəbul edib gələn bütün qonaqlara öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti