...

Müşviq Şahverdiyev: Nə filmdə, nə də real həyatda öz yarımı tapa bilmirəm (FOTO)

Mədəniyyət Materials 7 İyun 2016 13:04 (UTC +04:00)
Tamaşaçılardan xahiş edirəm ki, bizi izləsinlər və dəstək olsunlar. Çünki onlar üçün işləyirik və onların sayəsində bu gün uğur qazanırıq.
Müşviq Şahverdiyev: Nə filmdə, nə də real həyatda öz yarımı tapa bilmirəm (FOTO)

Bakı. Trend:

"Gizlənpaç" filminin prodüsseri və baş rolundakı qəhrəmanlardan biri olan Müşviq Şahverdiyev Trend.az-a açıqlamasında bildirib ki, 1 həftəyə çəkilişlər başlayır: "Artıq hər şey hazırdır. 1 həftə sonra çəkilişlərə start veririk. Kastinqdə seçilənlərlə də yekun hazırlıqları gördük. Artıq texniki heyətimiz, aktyor komandamız, bir sözlə bütün hamımız filmin çəkilişlərinə startı gözləyir. Biz sözümüzü orada deyəcəyik. Və oktyabr ayında partlayış edəcəyik. Tamaşaçılardan xahiş edirəm ki, bizi izləsinlər və dəstək olsunlar. Çünki onlar üçün işləyirik və onların sayəsində bu gün uğur qazanırıq. Sadəcə bir böyük problem qalıb o da ki, mənim filmdəki sevgilim. Bu rol üçün bir sıra aktrisalarla əlaqə saxlasaq da, hələ ürəyimə yatan yoxdur. Sanki filmlə həyatım prototiplik təşkil edir. Çünki nə filmdə, nə də real həyatda öz yarımı tapa bilməmişəm. Həyat yoldaşı barədə bəxtim gətirmir. Anam da həmişə məni danlayır bu mövzu üçün. İnanıram ki, yaxın zamanda ilk öncə filmdəki sevgilimi, daha sonra anamın gəlinini tapacam".

Qeyd edək ki, "Gizlənpaç" filminin informasiya dəstəyi - Trend.az, Milli.az və Day.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti