...

11 nömrəli 11 illik musiqi məktəbi hesabat konserti təqdim edib (FOTO)

Mədəniyyət Materials 8 İyun 2016 13:55 (UTC +04:00)
İyunun 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hesabat konserti təqdim edib.
11 nömrəli 11 illik musiqi məktəbi hesabat konserti təqdim edib (FOTO)

Bakı. Trend:

İyunun 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hesabat konserti təqdim edib. İdarədən Trend-ə verilən məlumata görə, konsertdə istedadlı şagirdlərin ifasında Ü.Hacıbəyli "Koroğlu" operasından uvertyura və "Arşın mal alan" operettasından Əskərin mahnısı, xalq mahnısı "Sarı gəlin", "Qarabağ şikəstəsi", S.Ələsgərov "Şalaxov", V.Adıgözəlov "Skertso", J.Bize "Karmen", C.Rossini "Oğru sağsağan" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri və xalq musiqiləri səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.
Konsert məktəbin xor kollektivinin ifasında T.Quliyevin "Sevgi valsı", R.Lagidzenin "Bahar" və R.Məmmədovun "Heydər Dühalı" mahnıları ilə tamamlanıb.

Sonda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək konsertdə iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti