...

Səbaildə möhtəşəm bayram tədbiri keçirilib (FOTO)

Mədəniyyət Materials 10 İyun 2016 12:15 (UTC +04:00)
Milli Qurtuluş Günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub.
Səbaildə möhtəşəm bayram tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Milli Qurtuluş Günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında möhtəşəm bayram konserti təşkil olunub.

Səbail rayon rəhbərliyi, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.

Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanıb. Bunlardan biri Azərbaycan xalqının Ümummimlli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının əsl millət lideri kimi qəbul olunub.

Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənib, konsert iştirakçılarının çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti