...

T.Quliev adına musiqi məktəbi konsert təqdim edib (FOTO)

Mədəniyyət Materials 13 İyun 2016 15:37 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli 11 illik Musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində hesabat konserti təqdim edib.
T.Quliev adına musiqi məktəbi konsert təqdim edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli 11 illik Musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində hesabat konserti təqdim edib. Trend-ə verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov və məktəbin direktoru Gülnarə Safərova öz çıxışlarında şagirdləri tədris ilinin bitməsi münasibətilə təbrik edərək onlara yaradıcılıqda yeni uğurlar arzulayıblar.

Məktəbin direktoru qeyd edib ki, şagirdlər bir çox respublika və beynəlxalq müsabiqələrdə iştirak ediblər və həmişə qələbə ilə qayıdıblar. Sonra şagirdlərə İdarənin xüsusi diplomlarını təqdim ediblər.

Konsert proqramında müxtəlif yaş qruplarından olan şagirdlər çıxış ediblər. Məktəbin xor kollektivi (bədii rəhbər - Leyla Zalıyeva, konsertmeyster - Nərgiz Əliyeva) R.Hacıyevin "Yaz gəldi" əsəri ilə çıxış edərək konserti açıq elan edib. Daha sonra öz ustalıqlarını beynəlxalq və respublika müsabiqələrinin laureatları Mehin Zalıyeva, Zümrüd Əlizadə, Xanımana Məmmədzadə, Zərqələm Mehdiyeva, Fidan Muxtarova, Ayla Həsənova, Leyla Fərəcova, Rza Xosrovzadə, Natavan Dinikayeva, Ayan Aslanova, Murad İbrahimov və Ayan Məmmədli həmçinin, Fidan Hüseynova, Cahan Məhərrəmova, Mirəli Verdiyev, Aygün Hüseynova, Məryəm Qurbanzadə və skripkaçılar ansamblı (rəhbər - Ofeliya Dexniya) nümayiş etdiriblər. Onlar Azərbaycan və xarici bəskəkarların - F.Şubertin, A.Şopenin, F.Əmirovun, S.Rüstəmovun, T.Quliyevin əsərlərini həmçinin, muğamlar ifa ediblər.
Konserti xor kollektivi M.Maqomayevin "Azərbaycan" əsəri ilə yekunlaşdırıb, solist Rza Xosrovzadə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti