...

Şeir müsabiqəsi başladı (FOTO)

Mədəniyyət Materials 3 Oktyabr 2016 14:46 (UTC +04:00)
Xalq şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinə start verilib.
Şeir müsabiqəsi başladı (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Səbail rayon MKS-nin 1 saylı filialında xalq şairi Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqə mütaliənin təbliği və əhalinin bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə Azərbaycan ədəbiyyatına marağın artırılması məqsədilə həyata keçirilir.

Müsabiqənin ilk turunda Nəsimi rayon 16 saylı texniki hunmanitar liseyin və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri iştirak ediblər.

Münsiflər heyəti şagirdlərin çıxışlarını 10 ballıq sistemlə qiymətləndiriblər. Nəticədə 16 saylı liseyin şagirdləri Q. Zeynalov və Q.Rzazadə, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi A.Əzizova şeir müsabiqəsinin növbəti turuna vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti