...

Maykl Ceksonun qızı hansı filmə baxıb qəzəbləndi?

Mədəniyyət Materials 13 Yanvar 2017 08:13 (UTC +04:00)
Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson “Şəhər əfsanələri” adlı serialda atasına həsr olumuş epizodu sərt tənqid edib.
Maykl Ceksonun qızı hansı filmə baxıb qəzəbləndi?

Bakı. Anaxanım Hidayətova - Trend:

Maykl Ceksonun 18 yaşlı qızı Peris Cekson “Şəhər əfsanələri” adlı serialda atasına həsr olumuş epizodu sərt tənqid edib.

Trend-in məlumatına görə, o, 2009-ci ildə vəfat etmiş atası barədə olan həmin kadrları rüsvayçı adlandırıb.

Perisin sözlərinə görə, serialda tanınmış aktrisa Elizabet Teylor da təhqiredici halda təsvir olunub. Məşhurun qızı bu ekran işini muasir incəsənətin inkişafına töhfə verən şəxslərə qarşı hörmətsizlik kimi qiymətləndirib. Səkkiz seriyadan ibarət olan serialın hər bölümü bir tanınmışdan bəhs edir.

Serial ABŞ-ın məşhur "Sky Arts" telekanalında nümayış olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti