...

Madonna daha iki uşağı övladlığa götürüb

Mədəniyyət Materials 7 Fevral 2017 19:55 (UTC +04:00)
Malavinin ali məhkəməsi Madonnaya iki uşağı övladlığa götürməyə icazə verib.
Madonna daha iki uşağı övladlığa götürüb

Bakı. Trend:

Malavinin ali məhkəməsi Madonnaya iki uşağı övladlığa götürməyə icazə verib.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki,Madonna özü vəkili ilə birlikdə məhkəmə zalında olub.

Malavi qanunları xarici vətəndaşlara övladlıqla bağlı icazə vermədiyi üçün 58 yaşlı pop ulduz məhkəməyə müraciət etməli olmuşdu.

Qeyd edək ki, bu uşaqlar Madonnanın övladlığa götürdüyü ilk uşaqlar deyil. O, 2006-cı ildə Malavidən oğlan, 2009-cu ildə isə qız uşağını övladlığa qəbul edib.

Bundan başqa, Madonnanın fintnes təlimatçısı Karlos Leonla nikahından bir qızı, Qay Riçi ilə evlilikdən isə bir oğlu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti