...

Bakıda İndoneziya mədəniyyəti festivalı keçiriləcək

Mədəniyyət Materials 8 Sentyabr 2017 16:46 (UTC +04:00)
Bakıda II İndoneziya mədəniyyəti festivalı keçiriləcək.
Bakıda İndoneziya mədəniyyəti festivalı keçiriləcək

Bakı. Trend:

Sentyabrın 9-10-da Bakıda II İndoneziya mədəniyyəti festivalı keçiriləcək.

Trend-in məlumatına görə, festivalın birinci günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin azərbaycanlı tələbələr və İndoneziyanın professional rəqqasları bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcəklər.

Növbəti gün festival Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Tədbir iştirakçıları birlikdə yürüş edərək mahnılar oxuyacaq, rəqs edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti