...

Nazirlər Kabinetinin səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinə verildi

Mədəniyyət Materials 12 Oktyabr 2017 10:43 (UTC +04:00)
Azərbaycanda tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizə zonaları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcək.
Nazirlər Kabinetinin səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinə verildi

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizə zonaları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nda dəyişiklik edib.

Sənədin indiyədək mövcud olan variantına görə, tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilirdi.

Yeni dəyişikliklərə əsasən isə tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin “(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” mühafizəsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti