Bakı. Trend:
Hollivud aktrisası Ellen Peyc rəfiqəsi Emma Portnerə "ərə gedib".
Trend-in məlumatına görə, aktrisa sosial şəbəkədə nişan üzüyü ilə olan fotosunu paylaşaraq yazıb:
"Bu qeyri-adi qadının həyat yoldaşım olduğuna inana bilmirəm".
Qeyd edək ki, E.Peyc "İks adamlar", "Başlanğıc", "Üz-üzə" kimi filmlərdə rol alaraq məşhurlaşıb. "Cuno" filmindəki roluna görə isə aktrisa "Oskar"a layiq görülüb.