...

Azərbaycanda üçüncü Buktreyler Festivalına start verilib

Mədəniyyət Materials 1 Fevral 2018 20:17 (UTC +04:00)
Qaliblər ən güclü Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.
Azərbaycanda üçüncü Buktreyler Festivalına start verilib

Bakı. Trend:

Azərbaycanda üçüncü Buktreyler Festivalına start verilib.

Bu barədə Trend-ə kinoaktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib.

R.Sabirli deyib: "Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edilib və iki ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü (23 aprel) ərəfəsində keçirilir.

Festivalın cəmi iki il keçirilməsinə baxmayaraq iştirak üçün müraciət edənlərin və qəbul edilən işlərin sayı ildən ilə artır. Keçən il isə hətta bir qrup gənc bəstəkarlar buktreylerlərə təmənnasız musiqi yazmaq üçün müraciət edib və maraqlı əməkdaşlıq yaranıb. Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər ən güclü Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Keçən il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi festivalın keçirilməsinə təşkilati dəstək verəcək. Fürsətdən istifadə edib nazir Əbülfəs Qarayevin rolunu xüsusi vurğulamaq və ona təşəkkürümü bildirirəm. Hər bir kəsi bu əlamətdar hadisədə fəal iştirak etməyə və festivala qoşulmağa dəvət edirəm. Hamıya uğurlar arzulayıram".

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənib, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və www.facebook.com/BooktrailerFest

Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

İşlərin son qəbul tarixi: 8 aprel, 2018

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti