Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L.və M.Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 28 May - Respublika gününə həsr olunmuş konsert keçirilib.
Trend-in məlumatına görə, konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Konsertdə məktəbin şagirdlərinin ifasında T.Quliyev “Bakı haqqında mahnı”, Ü.Hacıbəyli “Arazbarı”, C.Cahangirov “Ana”, A.Rzayev “Düşüncə”, Ə.Əzizov “Skertso”, F.Şopen “İnqilabi etüd”, Şostakoviç “Rəqs”, P.Sarasate “İntroduksiya - tarantella” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda məktəbin Xalq Çalğı Ansamblının müşayəti ilə Tanrıverdiyeva Məleykə və Tağıyeva Günelin ifasında R.Məmmədovun “Yaşa, mənim xalqım” mahnısı səsləndirilib.