...

Uşaq musiqi məktəbinin birinciləri konsert keçirib (FOTO)

Mədəniyyət Materials 26 May 2018 22:21 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 27 nömrəli uşaq musiqi məktəbi H.Abbasov adına mədəniyyət evində ulu öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş hesabat konserti keçirib.
Uşaq musiqi məktəbinin birinciləri konsert keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 27 nömrəli uşaq musiqi məktəbi H.Abbasov adına mədəniyyət evində ulu öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş hesabat konserti keçirib.

Trend-in məlumatına görə, konsertdə Baş İdarənin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər musiqi məktəblərinin direktorları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəbin 1-ci sinif şagirdlərinin ifasında T.Quliyevin "Gəzinti", "Lirik vals", "Dostluq mahnısı", H.Mançini "Çəhrayı Pantera", D.Kabalevski "Rondo Tokata", A.Qedike "Rəqs" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sonra məktəbin məzunu Dilarə Abdullazadə M.Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.

Sonda rəis müavini G.Seyidova konsertdə çıxış edən şagirdləri təbrik edib, məktəbin gələcək fəaliyyətində onlara böyük nailliyyətlər arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti