...

Perunun “Radio Filarmonia” radiosu Azərbaycanla bağlı musiqi proqramı yayımlayıb

Mədəniyyət Materials 4 İyun 2018 09:27 (UTC +04:00)

Bakı. Trend:

Perunun nüfuzlu “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş musiqi proqramı yayımlanıb.

Azərbaycanın Meksikadakı səfirliyinin - Lima şəhərindəki ofisindən Trend-ə verilən məlumata görə, proqramın əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilib, sonra Azərbaycanın Perudakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov dinləyicilərə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının yüz illik yubileyi haqqında məlumat verib, bunun Azərbaycan tarixində dünya miqyaslı hadisə olduğunu bildirib. M.Məmmədov həmçinin demokratik dövlətin formalaşması və inkişafının mühüm mərhələləri haqqında danışıb və dinləyicilərə müasir Azərbaycanın nailiyyətləri və ölkədə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər tanış edib.

O həmçinin Azərbaycanın musiqi mədəniyyəti səhifələrinə də ekskurs edib. 28 May tarixində bütün gün ərzində radioda Azərbaycanın klassik musiqisi, müasir bəstəkarlarımızın, musiqiçi və müğənnilərimizin kompozisiyaları səsləndirilib, dinləyicilər Azərbaycanın muğam və caz sənəti ilə tanış olublar.

Proqramda həmçinin Azərbaycan və Latın Amerikası ansambllarının birgə kompozisiyaları da səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti